Xəbərlər
Azərbaycanın xarici işlər naziri Brüsseldə NATO-nun toplantısında iştirak edəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun dekabrın 1-2-də Brüssel şəhərində keçiriləcək Əfqanıstana Qətiyyətli Dəstək Missiyası üzrə nazirlər toplantısında iştirak edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, toplantıda Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.