Xəbərlər
Azərbaycan Gəncləri Günü Şəmkirdə də qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı tərəfindən 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Şəmkir şəhəri Əhməd Cavad adına tam orta məktəbdə tədbir təşkil olunub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Süleyman Zeynallı və digərləri çıxış edərək Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında fəal iştirakından, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən və Yeni Azərbaycan Partiyasının gənclərə verdiyi xüsusi önəmdən bəhs ediblər.
Vurğulanıb ki, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər Heydər Əliyev gənc nəslə daim böyük qayğı göstərib. Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyə olunması Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsidir. Bildirilib ki, hər bir gənc dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı naminə çalışmalı, ölkənin gələcəyinə töhfə verməlidir.
Natiqlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış tarixi Qarabağ Zəfərində, antiterror tədbirlərində və ölkənin müxtəlif sahələrinin inkişafında gənclərin mühüm rolundan ətraflı bəhs ediblər.
Sonra ədəbi-bədii təqdim olunub, partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə fəxri fərman və hədiyyələr verilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.
