YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan etibarlı tərəfdaş, təhlükəsizlik və sabitlik adasıdır

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri 

Azərbaycan Prezidenti İlham Əliyev 20 yanvar 2026-cı ildə Dünya İqtisadi Forumunun (WEF) Davos sessiyası çərçivəsində “Euronews” televiziya kanalına müsahibə verib. O müsahibəsində bir sıra geosiyasi və daxili siyasət məsələlərini, o cümlədən dünya düzənində baş verən dəyişiklikləri, Azərbaycanın xarici siyasət prioritetlərini və regional sabitlik məsələlərini şərh edib

Enerji sektorunun ölkəmiz üçün prioritet olduğunu önə çəkən Prezident İlham Əliyev bildirin ki, Azərbaycan Cənubi Qafqaz regionunda enerji ehtiyatlarına malik olan və bu ehtiyatları regionun digər ölkələrinə ixrac edən yeganə ölkədir. Prezident Əliyev bildirib ki, bölgənin digər ölkələri - uzun illər Gürcüstan və indi də Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edirlər.

Azərbaycan Respublikası zəngin təbii ehtiyatları, xüsusilə neft və qaz potensialı ilə Cənubi Qafqaz regionunda mühüm strateji mövqeyə malikdir. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün də regionun enerji təhlükəsizliyində və beynəlxalq enerji bazarlarında aparıcı rol oynayır. Cənubi Qafqazda neft və qazı hasil edən və genişmiqyaslı şəkildə xarici ölkələrə ixrac edən yeganə ölkə məhz Azərbaycandır. Azərbaycan Xəzər dənizi hövzəsində yerləşən zəngin karbohidrogen ehtiyatlarına sahibdir. “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Abşeron” kimi nəhəng yataqlar ölkənin enerji potensialının əsasını təşkil edir. Xüsusilə “Şahdəniz” qaz yatağı Avropa üçün alternativ enerji mənbəyi kimi böyük əhəmiyyət daşıyır. Bu ehtiyatlar Azərbaycanın uzunmüddətli enerji strategiyasını təmin edən əsas faktordur.

Prezidentin açıqlamaları Azərbaycanın Ermənistanla münasibətlərində ciddi dönüş nöqtəsinin yaşandığını göstərir. Tarixən konflikt və gərginliklə səciyyələnən bölgə indi sülh və əməkdaşlıq imkanları ilə yeni mərhələyə qədəm qoyur. Bu fikirlər Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasında oynadığı aparıcı rolu aydın şəkildə ortaya qoyur. Tarixən münaqişə və gərginliklə müşayiət olunan Cənubi Qafqaz bu gün Azərbaycanın təşəbbüsləri və siyasi iradəsi sayəsində sülh, əməkdaşlıq və inkişaf imkanlarının formalaşdığı bir məkana çevrilməkdədir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın sülhpərvər, lakin qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi.Dövlətimizin başçısı qeyd etdi ki, “Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir”.

Müsahibə zamanı regional sabitlik və əməkdaşlıq məsələləri də müzakirə olunub. Prezident İlham Əliyev Azərbaycanın sülhə, qarşılıqlı hörmətə və beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasət apardığını bildirib. Bu mövqe ölkəmizin beynəlxalq nüfuzunun artmasına və etibarlı tərəfdaş kimi tanınmasına mühüm töhfə verir.Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun Davos sessiyası çərçivəsində “Euronews” televiziya kanalına verdiyi müsahibə Azərbaycanın qlobal iqtisadi və siyasi gündəmdə artan rolunu bir daha nümayiş etdirib. Enerji təhlükəsizliyi, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq kimi mövzular üzrə səsləndirilən fikirlər Azərbaycanın uzunmüddətli strateji baxışını əks etdirir və ölkəmizin beynəlxalq nüfuzunun yüksəldiyini təsdiqləyir.

DİGƏR Xəbərlər Arxiv