YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti”

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatında “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbi çərçivəsində “Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti” mövzusunda növbəti seminar keçirib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirib ki, dünya siyasətində nadir və unikal şəxsiyyətlərdən biri olan Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə hərtərəfli inkişafa nail olub, ölkənin müstəqilliyini əbədi və dönməz edib, uğurlu siyasət nəticəsində respublikamız beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevrilib.

Seyfəddin Əliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyinin ilk dövrlərindən etibarən gəncləri daim himayə altında saxlayıb. Ulu Öndərin bu sahədə həyata keçirdiyi məqsədyönlü siyasət gənclərin mənəvi-əxlaqi tərbiyəsinin möhkəmləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın formalaşdırılmasına xidmət edib.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycan gəncliyinin hərtərəfli inkişafına geniş imkanlar yaradıldığı bildirilib. Xüsusilə qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi misilsiz qəhrəmanlıq nümayiş etdirib, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında tarixi rol oynayıb.

Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu bildirib, gənclərin dövlətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakının təmin olunması məqsədilə ölkəmizdə ardıcıl və sistemli addımlar atıldığını vurğulayıb.

Seminarda iştirak edən gənc fəallar Lətafət Ağakişizadə, Adil Abdinov və digərləri müxtəlif tarixi mərhələlərdə gənclərin oynadığı roldan, Azərbaycan gənclərinin hərtərəfli inkişafına yönəlmiş islahatların həyata keçirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıblar.

DİGƏR Xəbərlər Arxiv