YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımızın azadlıq mübarizəsinin şanlı qürur səhifəsi

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı aparatının kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlər Mehman Qənbərov, Nofəl Əlizadə və Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynovun ailəsini ziyarət edib.

Görüşlərdə təşkilatın sədri Faqət Şadlinskaya 20 Yanvar tarixinin xalqımızın azadlıq mübarizəsində həm dərin hüzn, həm də milli qürurun təcəssümüi olduğunu vurğulayıb, müstəqilliyin əldə olunması naminə canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən atılmış addımlardan bəhs edib. Qeyd olunub ki, Azərbaycan xalqı həmin faciəni heç vaxt unutmur, azadlıq, müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qəhrəmanların xatirəsini dərin hüzn və ehtiramla yad edir.

Qazi və şəhid ailələri bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.