YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Milli iradənin təcəssümü”

20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının və Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli iradənin təcəssümü” mövzusunda tədbir keçirilib.

Tədbirin rəsmi hissəsindən öncə 20 Yanvar faciəsinə həsr edilən foto və kitab sərgisinə baxış keçirilib.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətənin qəhrəman övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra “Milli iradənin təcəssümü” adlı film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin direktoru Mənsur Həsənov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mərkəzin elmi işçisi Səbinə Kazımova, Mingəçevir şəhər Tarix Muzeyinin əməkdaşı Nahid Musayev, N.Nərimanov adına 1saylı tam orta məktəbin tarix müəllimi Fizuli Əhmədov, Texniki Humanitar Liseyin tarix müəllimi Zaur Kərimli 20 Yanvar faciəsinin xalqımızın qəhrəmanlıq tarixinin ən mühüm səhifələrindən biri olduğunu deyib, onun milli-azadlıq mübarizəmizdə və müstəqilliyimizin əldə olunmasında oynadığı roldan ətraflı danışıblar.

Qeyd olunub ki, faciənin ertəsi günü Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirib və xalqımıza qarşı törədilən bu cinayəti kəskin şəkildə pisləyib.

Natiqlər Azərbaycan xalqının bu faciəni heç vaxt unutmayacağını və şəhidlərimizin əziz xatirəsinin daim uca tutulacağını vurğulayıblar.