YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“20 Yanvar Azərbaycan xalqının unudulmaz qan yaddaşıdır”

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam  rayon təşkilatı tərəfindən 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə “20 Yanvar Azərbaycan xalqının unudulmaz qan yaddaşıdır” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxs ərazi partiya təşkilatının üzvü Zülfiyyə Hüseynova və digərləri bildiriblər ki, 20 Yanvar faciəsi müdrik xalqımız üçün təkcə böyük bir faciə deyil, həm də şərəfli bir səhifədir, müstəqillik və istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvə nöqtəsidir.

Qeyd olunub ki, 20 Yanvar hadisələri zamanı müdrik Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi yolunda böyük cəsarət nümayiş etdirdi. Müdrik xalqımızın başına gətirilən bu faciə müstəqilliyə gedən yolun başlanğıcı, dövlətçilik tariximizin qanlı və şanlı səhifəsidir.