YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada 20 Yanvar şəhidinin xatirəsi anılıb

Ağstafa rayonunda 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Vurğun qəsəbə qəbiristanlığında şəhid Əzizov Habil Kommunar oğlunun məzarı ziyarət olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidin məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.

Məktəblilər Vətənə və şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.

Daha sonra tədbir iştirakçıları Habil Əzizovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat yolundan geniş bəhs edilib.

Şəhidin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.