YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“20 Yanvar-Qan yaddaşımız”

Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatı Siyaqut kənd ərazi partiya təşkilatında 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “20 Yanvar-Qan yaddaşımız” adlı tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən YAP Şərur rayon təşkilatının məsləhətçisi Adil Əhmədov, Siyaqut kənd İƏD-nin məsləhətçisi Sultan Ağalarov, partiya fəalı Həsən Cəfərov 20 Yanvar hadisəsinin sovet imperiyasının Azərbaycan xalqının azadlıq və müstəqillik iradəsinə qarşı törətdiyi ağır cinayət və qanlı terror aktı olduğunu deyiblər. Bildirilib ki, 20 Yanvar faciəsi həm də Azərbaycanın müstəqillik və azadlıq mübarizəsinin simvoludur.

Faciəyə siyasi-hüquqi qiymətin ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyi diqqətə çatdırılıb.