Xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağsuda yeni uşaq bağçası-körpələr evi tikilir

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağsu şəhərində 100 yerlik uşaq bağçası-körpələr evi inşa olunur.
Bu məqsəd üçün ayrılmış 0,3 hektar ərazidə tikilən uşaq bağçası-körpələr evi ikimərtəbəli, müasir memarlıq üslubunda olacaqdır. Burada 5 qrup üçün nəzərdə tutulan yataq, idman, musiqi, əyləncə, həkim otaqlarında, yeməkxanada balacalara yüksək səviyyədə xidmət göstəriləcəkdir.
Tikintisi yerli inşaatçılar tərəfindən aparılan uşaq bağçası-körpələr evinin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.