Xəbərlər
YAP Daşkəsən rayon təşkilatının fəalları işğaldan azad olunmuş ərazilərə səfər ediblər
Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının fəalları “Konstitusiya və Suverenlik İli” çərçivəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Ağdam, Xocalı, Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər.
Səfər iştirakçıları işğaldan azad olunmuş ərazilərin füsunkar təbiəti, eyni zamanda Qarabağda həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olublar.
