Xəbərlər
YAP Quba rayon təşkilatında tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə, Müşfiq Məmmədli və YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin və azərbaycançılıq məfkurəsinin öyrənilməsinin, onun zəngin irsinin tədqiqi və təbliğinin, gənclərin müvafiq biliklərinin zənginləşdirilməsinin, eləcə də ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasının əhəmiyyətindən geniş bəhs ediblər.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövlət maraqlarımızın qorunması istiqamətində apardığı prinsipial, qətiyyətli və ardıcıl siyasət nəticəsində Azərbaycan beynəlxalq birliyin nüfuzlu üzvlərindən birinə çevrilib.
Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu, gənclərin dövlətimizin ictimai-siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsi üçün ardıcıl addımlar atıldığını və bu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd etdilər.
Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı keçirilən məşğələlərdə fəal iştirak edən gənclərə sertifikatlar, həmçinin partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edildi.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatdı.
