YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfərdən suverenliyə: Prezident İlham Əliyevin quruculuq strategiyası”

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfərdən suverenliyə: Prezident İlham Əliyevin quruculuq strategiyası” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Faiq Mehdiyev, Kəlbəcər rayon Həmkarlar Komitəsinin sədri Əli Bağırov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev, Vətən müharibəsi qazisi Elvin Hüseynov, Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının direktoru Ənvər İmaməliyev, Aşıq Şəmşir adına mədəniyyət  evininin direktoru Akif Bayramov, Gənclər və İdman sektorunun müdri Musa Mamedov, TİAHİ Kəlbəcər rayon komitəsinin sədri Şəlalə Məmmədova, Kəlbəcər 8 nömrəli tam orta məktəbin direktoru Rəna Nadirova, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyev adına 2 nömrəli tam orta məktəbin müəllimi Ərəstun Kamilov və digərləri çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə tarixinin ən qürurlu dövrünü yaşayır. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilib, 2023-cü ildə keçirilmiş bir günlük antiterror tədbirləri ilə separatizmə son qoyulub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün sabitlik, inkişaf və qələbə yolu ilə inamla irəliləyir “Böyük Qayıdış” Proqramı uğurla icra olunur, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqları sürətlə dirçəlir, dağıdılmış yurd yerlərinə yeni həyat qayıdır.