YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Xilaskarlıq missiyasının davamçısı”

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Xilaskarlıq missiyasının davamçısı” mövzusunda tədbir keçirilib.

Ağdam Rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə əvvəlcə rayonun mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi üzrə ərazi partiya təşkilatının sədri Hafiz Əzimzadə, şəhid atası Asif Məmmədov və digərləri Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik ideologiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar. Çıxışlarda siyasi, iqtisadi və sosial sahələrdə əldə edilən uğurlar, nəqliyyat və logistika sahəsində həyata keçirilən mühüm layihələr, Vətən müharibəsində qazanılan tarixi Zəfər, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri xüsusi vurğulanıb.

Sonra partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Tədbirin sonunda bir qrup şəhid ailəsinə bayram sovqatı təqdim olunub.