Xəbərlər
“Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”
Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Şəki Heydər Əliyev Mərkəzində məktəblilərin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Aktauda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirəsi anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşı Xumar Musayeva, Nuxa ərazi partiya təşkilatının sədri Xatirə Səlimli, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən biridir. 1995-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin demokratik, hüquqi və dünyəvi inkişaf yolunu müəyyənləşdirib.
Bu əsas qanun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Azərbaycanın hüquqi-siyasi həyatının əsas istiqamətlərini müəyyən edir.
Tədbirin sonunda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda videoçarx nümayiş etdirilib.
