YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Hüquqi dövlət, suveren xalq və qətiyyətli lider”

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Hüquqi dövlət, suveren xalq və qətiyyətli lider” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Prezident İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva və digərləri bildiriblər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin yüksək səviyyədə qorunmasına xidmət edir. Qeyd olunub ki, Prezident İlham Əliyevin siyasəti demokratik dəyərlərə sadiqlik, sağlam əməkdaşlıq və siyasi dialoq prinsiplərinə əsaslanır.

Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı Azərbaycan xalqının qalib ruhunu ifadə edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev xilaskar lider kimi tarixə düşüb. Məhz onun qətiyyətli sərkərdəliyi və uğurlu hərbi-siyasi strategiyası nəticəsində Qarabağ münaqişəsi 44 gün ərzində həll olunub.