YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Sözü imzası qədər dəyərli Lider”

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı tərəfindən “Sözü imzası qədər dəyərli Lider” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Prezident İlham Əliyev 22 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri ardıcıl şəkildə yerinə yetirib: “Ötən müddətdə ölkəmizdə bütün sahələr üzrə davamlı inkişaf təmin olunub, əhalinin sosial rifahı əhəmiyyətli dərəcədə yüksəlib. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində əldə edilən tarixi Zəfər, eləcə də 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin edilib”.

F.Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin postmüharibə dövründə reallaşdırılan quruculuq işlərində böyük qətiyyət və əzmkarlıq nümayiş etdirir: “İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, sosial obyektlər tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar “Böyük Qayıdış” Proqramının perspektlərindən xəbər verir, indiyədək minlərlə ailə doğma yurda qayıdaraq xoşbəxt və firavan yaşayırlar.

Şəmkir Rayon İcra Hakimiyyəti baçısının müavini Aynur Abdullayeva Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, siyasi-iqtisadi, sosial və digər sahələrdə əldə edilən uğurlardan, nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələrdən, Vətən müharibəsində qazanılan tarixi Zəfərdən, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsindən danışıb.

Çıxış edən digər natiqlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın regionun ən güclü, nüfuzlu və sürətlə inkişaf edən dövlətinə çevrildiyini vurğulayıblar.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya fəallarına YAP Şəmkir rayon təşkilatının fəxri fərmanları və hədiyyələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv