Xəbərlər
"Dövlət və xalq üçün yaşanan ömür”
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının və Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Şəmkir şəhəri, M.Füzuli adına məktəb-liseydə Ümummili Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Dövlət və xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Şəmkir rayonu üzrə Təhsil Sektorunun müdiri Elşən Ələsgərov və partiya fəalları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik irsi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, milli ideologiyanın formalaşması və müasir dövlət quruculuğunun elmi-nəzəri əsaslarla inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Qeyd olunub ki, Ümummilli Lider dövlətçilik tariximizdə silinməz iz qoymuş, dünya siyasətində öz müdrikliyi, uzaqgörənliyi və qətiyyəti ilə seçilən dahi şəxsiyyətdir.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva bildirib ki, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, Ümummilli Lider tərəfindən müəyyənləşdirilən bu strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edən digər natiqlər qeyd ediblər ki, ölkəmizin əldə etdiyi bütün uğur və nailiyyətlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun məntiqi nəticəsidir.
