Xəbərlər
Oqtay Əsədov Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi
Milli Məclisin bugünki ilk iclasında parlamentin sədri vəzifəsinə deputat Oqtay Əsədovun namizədliyi irəli sürüldü.
Gizli səsvermədə iştirak edən 124 deputatın hamısı Oqtay Əsədovun namizədliyinin lehinə səs verdi. Beləliklə, Oqtay Əsədov Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi.
Oqtay Əsədov Milli Məclisin sədri vəzifəsinə onun namizədliyinin irəli sürülməsinə görə Yeni Azərbaycan Partiyasının sədrinə və partiya həmfikirlərinə minnətdarlığını bildirdi.
Milli Məclisin sədri Oqtay Əsədov ona göstərilən etimada görə minnətdarlığını bildirdi.