YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Vətənə, xalqa həsr edilən şərəfli ömür”

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Vətənə, xalqa həsr edilən şərəfli ömür” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, büstü önünə gül dəstələri düzüblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Milli Məclisin deputatları Pərvanə Vəliyeva və Vüqar Rəhimzadə çıxış ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən danışılıb. Heydər Əliyevin siyasi məktəbinin dövlət idarəçiliyi üçün misilsiz model olduğu bildirilib. Qeyd olunub ki, bu gün müstəqil Azərbaycanın qazandığı bütün uğurlar Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bu gün Azərbaycan Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən nüfuzlu dövlət kimi tanınır.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.