YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil xarici siyasət dövlətimizin qlobal arenada strateji mövqeyini gücləndirir

Azər Badamov

Milli Məclisin deputatı

Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin anım gününü dərin ehtiramla yad edir. Xüsusilə, hazırkı dövrdə siyasi proseslərin gedişatı Ulu Öndərin nə qədər dahi şəxsiyyət, müdrik dövlət xadimi olduğunu bir daha təsdiqləyir. Yeni reallıqlar göstərir ki, dövlət müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır.

1990-ci illərin əvvəllərində Ümummilli Lider ölkəmizdə mövcud olan çətin siyasi şəraitdə gedən prosesləri düzgün dəyərləndirdi və hər şeydən əvvəl güclü, xarizmatik liderliyi sayəsində mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Onun müəyyən etdiyi strateji yol milli dövlətçilik ənənələrinin inkişafına şərait yaratdı.

Ulu Öndər Heydər Əliyev “Azərbaycançılıq” ideologiyasını milli həmrəyliyin möhkəmlənməsinə zəmin yaratmışdır. Məhz xalqın birliyi sonradan “Dəmir yumruq” kimi qətiyyətli iradəyə çevrildi və cəmiyyətin bütün təbəqələri eyni hədəfə yönəlmişdir. Prezident İlham Əliyevin irəli sürdüyü siyasi dialoq təşəbbüsü bu xəttin müasir mərhələdə ardıcıl şəkildə davam etdirilməsinin bariz nümunəsidir. Ölkə rəhbərliyinin həyata keçirdiyi düzgün siyasi kurs sayəsində dövlət idarəçiliyində innovative strategiyalar tətbiq olunur. Dövlətimizin həm daxili, həm də xarici siyasətində Heydər Əliyev idealları əsas istiqamətverici amillərdən biri kimi çıxış edir. Azərbaycan təkcə regionda deyil, dünya siyasi arenasında nüfuzlu və söz sahibi dövlət kimi tanınır. Heydər Əliyevin ideyaları əsasında qurulan ölkəmiz dünyaya yüksəlişin, qətiyyətin və tərəqqinin rəmzi kimi diqqət çəkir.

Vaxtilə Azərbaycan həqiqətlərini görmək və eşitmək istəməyən qüvvələr indi dövlətimizin yaratdığı yeni reallıqlardan yararlanmaq istəyirlər. Azərbaycan regionda büyük layihələrin inkişafını təşviq edir, ayrı-ayrı ölkələr həmin proseslərdən kənarda qalmaq istəmir. Dövlətimizin regional aktorlarla əlaqələrini zamanında düzgün müəyyənləşdirməyə müvəffəq olan Ulu Öndərin uzaqgörən siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu praqmatik xarici strategiya regionu daha stabil, təhlükəsiz, perspektivli bir məkana çevirib. Həmçinin, Cənubi Qafqaza münasibətdə sadəcə dövlətlər deyil, biznes nümayəndələri, transmilli korporasiyalar və iri şirkətlər maraq göstərir. Regionda avtomobil, dəmir yolları, hava nəqliyyatı yenidən formalaşdırılır, müasir standartlara uyğun rəqəmsallaşdırılır. Bu amillər prosesləri daha çevik, xidmətləri əlçatan edir.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yürütdüyü müdrik siyasət, regional və qlobal əhəmiyyətli layihələrdə dövlətimizin fəal iştirakı, Vətən müharibəsində şanlı ordumuzun reallaşdırdığı hərbi əməliyyatların dünyanın ən nüfuzlu məktəblərində öyrənilməsi dünya ictimaiyyətinin vurğuladığı faktorlardır. Prezident İlham Əliyevin dekabrın 8-də Slovakiyaya səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda bir sıra vacib məqamları vurğuladı. Azərbaycan xarici siyasət istiqamətlərini uzun illər öncədən müəyyən edib və bu düzgün müəyyənlik xalqımızın milli maraqlarının qorunmasına xidmət edir. Eyni zamanda, dövlətimizin Şərqlə Qərb arasında körpü rolunu oynaması yalnız ölkəmizə deyil, bütövlükdə region əhalisinin həyat səviyyəsinin yüksəlməsinə yönəlmiş böyük bir məqsədə xidmət edir.

Nəqliyyat, infrastruktur və bağlantı layihələri Avrasiya materikinin xalqlarını əhatə edir. Daha mühüm bir məqam odur ki, Slovakiya Prezidenti Azərbaycan iqtisadiyyatının Cənubi Qafqazın ən böyük iqtisadiyyatı olduğunu vurğuladı. Bu faktor hazırkı məqamda mövcud həqiqətlər fonunda bütün skeptik yanaşmalara verilən ən dəqiq cavabdır. Azərbaycan ənənəvi sektorlarla yanaşı, yeni istiqamətlər üzrə əməkdaşlıq formatlarını genişləndirir. Xüsusilə, informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması əsas hədəflərdən biridir ki, bu da müasir dünya reallıqlarına göstərilən proaktiv yanaşmadan xəbər verir.

Azərbaycanda böyük enerji potensialı mövcuddur və növbəti beş il ərzində istifadəsi 8 giqavata çatdırılması planlaşdırılan istifadə olunmamış enerji potensialı hazırda təxminən 2 giqavata bərabərdir. Bu sahədə süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyinin əsas amil olması yeni texnoloji sahələrin inkişafını asanlaşdıracaqdır.

Milli təhlükəsizlik artıq yalnız hərbi sahə ilə məhdudlaşmır, ərzaq, enerji və iqlim kimi yeni komponentlərlə də ifadə olunur. İqlim təhlükəsizliyi isə bütün dünyanı narahat etməli olan vacib məsələlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyev Cənub ölkəsi olduğumuzu vurğulamaqla diqqətə çatdırır ki, çox soyuq bölgələrimiz olduğundan beynəlxalq data mərkəzləri üçün əlverişli imkanlar mövcuddur. Bu baxımdan Azərbaycan Slovakiya şirkətləri ilə həmin istiqamətdə əməkdaşlıq qurmaq niyyətindədir.

Beləliklə, Prezident İlham Əliyevin Slovakiyaya səfəri çərçivəsində keçirdiyi görüşlər bir daha göstərir ki, Azərbaycan hazırda dünyada gedən ictimai-siyasi proseslərdə mühüm rol oynayır. Xalqımız bu reallıqları təqdir edir və hər zaman öz Liderini dəstəkləyir. Ümummilli Lider Heydər Əliyevin ideyaları isə həmişəyaşardır.