YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik irsi”

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatında “Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik irsi” mövzusunda tədbir keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini, 1 saylı ərazi partiya təşkilatının sədri Məhəmməd Şahbazov, Laçın rayonu Habil Həsənov adına Mişni kənd tam orta ümumtəhsil məktəbinin direktoru Qurban Həsənov, Laçın rayonu 23 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Sədaqət Məhərrəmova və digərləri çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik irsi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli ideologiyanın formalaşması və müasir dövlət quruculuğunun elmi-nəzəri əsaslarla inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.  Heydər Əliyevin siyasi fəaliyyəti, strateji baxışları və idarəetmə modeli ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, milli dövlətçilik ənənələrinin yeni tarixi mərhələdə bərpasına və zənginləşdirilməsinə mühüm töhfələr verib.

Natiqlər vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyev öz müdrikliyi, zəngin dövlətçilik təcrübəsi və misilsiz liderlik keyfiyyətləri ilə Azərbaycanın müstəqilliyinin dönməzliyini və əbədiliyini təmin etdi, xalqımız üçün qürur mənbəyi olan çoxsaylı tarixi nailiyyətlər bəxş etdi. Onun müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində yeni, müasir və güclü Azərbaycan reallığı formalaşdı.

Çıxışlarda o da bildirilib ki, müstəqil Azərbaycan Heydər Əliyev yolunun davamçısı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji məqsədlərinə doğru ardıcıl və inamlı şəkildə irəliləyir. Bu nailiyyətlər Heydər Əliyev ideyaları və siyasətinin təcəssümü olmaqla yanaşı, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin, dövlətimizin qüdrət və imkanlarının bariz göstəricisidir.

Tədbirin sonunda partiya sıralarına yeni qoşulan gənclərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.