YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və əbədi dövlətçilik yolu”

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Heydər Əliyev və əbədi dövlətçilik yolu” mövzusunda növbəti seminarı keçirib.   

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunması və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz xidmətləri ilə əbədiyyət qazandığını deyib. O qeyd edib ki, Ulu Öndərin siyasi irsi Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və xalqın firavanlığının əsas dayağıdır. Heydər Əliyevin müəyyən etdiyi strateji xətt Azərbaycanın bugünkü tarixi zəfərlərini və inkişafını təmin edib.

Mərkəzi Kitabxana Sisteminin direktor əvəzi Zamin Məmmədov məruzə ilə çıxış edib. O, Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. Qeyd olunub ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Onun ideyaları ölkəmizi daha güclü, firavan və qüdrətli bir gələcəyə doğru aparır. Ulu Öndərin zəngin irsinin, azərbaycançılıq ideologiyasının tələbə-gənclərə aşılanması onların milli ruhda formalaşması üçün vacib addımlardan biridir”.

Şairə Şəfa Cəfərova və digərləri çıxışlarında Ulu Öndərin Azərbaycanın hərtərəfli inkişafı və dövlət müstəqilliyinin qorunmasında göstərdiyi misilsiz xidmətlərdən bəhs ediblər.

Seminarın sonunda partiya sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.