Xəbərlər
Bərdədə partiya veteranı ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində aparatın məsləhətçisi Əlövsət Məmmədovun yubileyi qeyd edilib.
Təbrik mərasimində çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya partiya fəalı və veteranı Əlövsət Məmmədovu yubileyi münasibətilə təbrik edib. Qeyd olunub ki, Əlövsət Məmmədov Ulu Öndər Heydər Əliyev ideyalarına və Yeni Azərbaycan Partiyasına sədaqətlə xidmət edib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dövlət qullugunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
YAP Mərkəzi Aparatının əməkdaşı Elmar Məmmədov yubilyarı videobağlantı ilə təbrik edib, ona uğurlar arzulayıb.
Yubilyar Əlövsət Məmmədov Ümummilli Liderin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbələri vurğulayaraq xalqımızın Zəfər tarixi ilə fəxr etdiyini bildirib.
YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya yubilyarı təşkilatın Fəxri Fərmanı ilə təltif edib və hədiyyə ilə mükafatlandırıb.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib.
