YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib.

Görüşü giriş nitqi ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 740 mindən artıq üzvü var: “Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi”.

Azər Süleymanov xalqımızın daim dövlətimizin başçısının ətrafında sıx birləşdiyini vurğulayıb. Bu həmrəyliyin bariz nümunələrindən biri də məhz 44 günlük Vətən müharibəsində öz təsdiqini tapıb. Qeyd edilib ki, məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub.

Rayon təşkilatının sədri ərazi partiya təşkilatlarını rayon təşkilatının fəaliyyətində daha yaxından iştirak etməyə çağırıb.

Daha sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov qurumlardakı və yerli səviyyədə fəaliyyət göstərən bütün əməkdaşlar arasında koordinasiyanın gücləndirilməsinin, məlumat mübadiləsinin operativ və ardıcıl şəkildə təşkil olunmasının vacibliyindən danışıb.

“Bakıxanov 23” ünvanı üzrə (ATU) ərazi partiya təşkilatının sədri Sabir Əliyev, M.Qasımov 1! ( KTM) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hüseyn Məsimov ötən dövr ərzində görülən işlərdən danışıblar.