YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Milli mənəvi dəyərlərin qorunması: Heydər Əliyev irsində gəncliyin yeri”

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyevin siyasi irsini öyrənirik” məktəbinin “Milli mənəvi dəyərlərin qorunması: Heydər Əliyev irsində gəncliyin yeri” mövzusunda növbəti məşğələsi keçirilib.

Qusar Peşə liseyində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azad edilməsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı naminə həyata keçirdiyi misilsiz işləri diqqətə çatdırıb.  “Heydər Əliyev dünyada az rast gəlinən elə nadir dövlət xadimlərindən və şəxsiyyətlərdəndir ki, fəaliyyətinin bütün istiqamətlərində milli-mənəvi dəyərlərimiz başlıca prinsip olub. Ümummilli Lider cəmiyyətin inkişaf dinamikasında ənənə və müasirliyi, milli irsə böyük ehtiramı başlıca hərəkətverici qüvvə hesab edib, azərbaycançılığı milli ideya və milli varlığımız üçün əsas ideoloji generasiya mənbəyi kimi qəbul edib”.

Təşkilat sədri qeyd edib ki, bu cür məşğələlər gənc nəslin milli-mənəvi dəyərlər ruhda tərbiyə olunması, dövlətçilik ideyalarına sədaqət və azərbaycançılıq duyğularının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirdə partiya veteranı Qorxmaz Muradov, Gigiyena və epidemiologiya mərkəzi işçiləri ərazi partiya təşkilatının sədri Nadirşah Şirinov, Qusar Peşə liseyinin direktoru Xatirə Nağıbəyova, Qusar Peşə liseyinin karyera xidməti üzrə mütəxəssisi Firəngiz Qazıyeva, məktəbli Rasim Dəmirov çıxış ediblər. Çıxışlarda milli-mənəvi dəyərlərimizin öyrənilməsi, qorunması və gənc nəslə çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyi bildirilib.

Sonra gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Sonda Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.