YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəkidə YAP-ın 33 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33-cü ildönümü münasibətilə YAP Şəki rayon təşkilatı tərəfindən tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhid Aqşin Abdullayevin anası Dursun Cavadova, partiya veteranı Kamil Məmmədov bildiriblər ki, YAP yaranan gündən milli maraqların qorunması, dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi və sabitliyin təmin olunması uğrunda mübarizə aparıb. Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin yenidən qurulmasını, güclü idarəetmənin və milli həmrəyliyin bərqərar olmasını təmin etdi. 2003-cü ildən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da müasirləşdi və Azərbaycan regionun lider dövlətinə çevrildi.

Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən üzvlərə fəxri fərman, partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri verilib. Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, YAP-ın təsis edilməsinin 33-cü ildönümü münasibətilə YAP Şəki rayon təşkilatının kollektivi və partiya fəalları Şəki Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

DİGƏR Xəbərlər Arxiv