YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada YAP-ın təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirilib

Ağstafa rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev,  “Köçəsgər kənd” ərazi partiya təşkilatının sədr müavini Saqif Babayev, partiya veteranı Məmməd Məmmədov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Dağ Kəsəmən kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Vüsal Həsənov və partiya fəalı Şəfəq Heydərli çıxış ediblər.

Natiqlər Yeni Azərbaycan Partiyasının 33 il ərzində keçdiyi şərəfli və zəfər yolundan bəhs edərək, Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərin və tarixi Zəfərlərin Ulu Öndər Heydər Əliyevin yaratdığı, bu gün isə Prezident İlham Əliyevin Sədri olduğu partiyanın fəaliyyəti ilə sıx bağlı olduğunu vurğulayıblar.

Daha sonra YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub.