Xəbərlər
YAP-ın rayon təşkilatları ağacəkmə aksiyaları keçiriblər
Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33-cü ildönümü ilə əlaqədar partiyanın yerli təşkilatları ağacəkmə aksiyaları keçiriblər.
Partiyanın Sabunçu, Ağdaş, Ağstafa, Tərtər, Kəlbəcər rayon və Lənkəran şəhər təşkilatlarının yerli icra hakimiyyəti orqanları ilə birgə təşkilatçılığı əsasında baş tutub.
Aksiyada YAP-ın yerli təşkilatlarının və rayon icra hakimiyyətlərinin rəhbərləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kampaniya çərçivəsində müvafiq ərazilərdə 2000-dən çox müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi yerlərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33 illiyi münasibətilə ağacəkmə keçirilməsində məqsəd respublikamızda meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması və bu istiqamətdə dövlət siyasətinə dəstək verilməsindən ibarətdir.
