YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“33 illik inkişaf və Zəfər yolu”

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə partiyanın yaranmasının 33 illiyinə həsr olunmuş “33 illik inkişaf və Zəfər yolu” adlı tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Xaçmaz rayonunda ucaldılmış abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, partiya üzvü, şəhid anası Bibixanım Mirzəməmmədova çıxış edərək partiyanın 33 illik tarixi inkişaf yoluna nəzər salıblar.

Çıxışlarda  Ulu Öndər Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyasının qazandığı uğurlardan, əldə olunan nailiyyətlərdən geniş bəhs edilib.

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında bundan sonra da müstəqil, suveren Azərbaycanımızın yeni-yeni qələbələr, uğurlar qazanacağına böyük əminlik ifadə olunub.

Sonra YAP sıralarına yeni qəbul edilmiş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.