YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədərəkdə YAP-ın 33 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Sədərək rayon təşkilatı partiyanın yaradılmasının 33-cü ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyasına xidmət etmək - Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir” mövzusunda tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti önündə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, üzərinə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra partiyanın keçdiyi şərəfli yoldan bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov partiyanın yaranma tarixindən, Heydər Əliyevin xalq və dövlət qarşısında göstərdiyi xidmətlərdən danışıb. Arif Qasımov vurğulayıb ki, partiya özünün proqramına və prinsiplərinə sadiq qalaraq Azərbaycanı demokratik bir ölkəyə çevirmiş və müstəqilliyimizin möhkəmlənməsi istiqamətində ardıcıl mübarizə aparmışdır.

Ötən 33 il ərzində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb və Azərbaycanı regionun lider dövlətinə çevirmişdir.

Tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pərviz Ağayev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Zeynəb Quliyeva və Mahir İsmayılov Yeni Azərbaycan Partiyasının dövlətçiliyimizin inkişafında rolundan danışıblar.

Sonra YAP sıralarına yeni qəbul edilmiş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.