YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəngərlidə YAP-ın yaradılmasının 33-cü ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP-ın yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva Yeni Azərbaycan Partiyasının yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli yoldan danışıb. O bildirib ki, YAP Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib, dövlətçiliyin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına mühüm töhfələr verib. Bu gün də Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atmaqdadır.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi xidmətlərini, əldə olunan uğurlarda Partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb.

Tədbirdə Xok kənd ərazi partiya təşkilatının sədri Zülfü Seyidov və partiyanın gənc üzvü Aysu Quliyeva çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatında oynadığı rol barədə ətraflı danışıblar.

Daha sonra bir qrup partiya veteranı və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvləri fəxri fərman və hədiyyələrlə təltif olunub. Partiyaya yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.