YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın yaradılmasının 33-cü ildönümü münasibətilə rayonlararası turnir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının təşkilatçılığı, Azərbaycan Cüdo Federasiyasının və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi Qax rayon gənclər və idman sektorunun dəstəyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə cüdo idman növü üzrə rayonlararası turnir keçirilib.

Balakən, Zaqatala, Qax və Şəki rayonlarını təmsil edən 120 idmançı yarışda iştirak edərək müxtəlif yaş və çəki dərəcələri üzrə güclərini sınayıblar.

Qax Uşaq-Gənclər İdman Məktəbinin Cüdo zalında keçirilən yarışın açılış mərasimində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyəti, ölkəmizin müstəqilliyi və suverenliyi yolunda əldə olunan nailiyyətlər barədə danışıb.

Rayon gənclər və idman sektorunun müdiri Elvin Həsilov və yarışın baş hakimi Elşən Abdullayev ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından bəhs edib, idmançılara uğurlar arzulayıblar.

İdmançılar üç yaş qrupu üzrə 7 çəki dərəcəsində mübarizə aparıblar. Yarışın nəticələrinə əsasən, hər çəki dərəcəsi üzrə ilk üç yeri tutan idmançılar YAP Qax rayon təşkilatı tərəfindən kubok, medal və diplomlarla mükafatlandırılıblar.