YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatının kollektivi Zəfər parkını ziyarət edib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının kollektivi, partiya fəalları, şəhid ailələri və qazilər YAP-ın yaradılmasının 33-cü ildönümü ilə əlaqədar paytaxt Bakıya səfər ediblər.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra iştirakçılar Zəfər Parkı və Zəfər Muzeyini ziyarət edib, Vətən müharibəsi şəhidlərinin adlarının yazıldığı lövhələr və ekspozisiyanın bütün bölmələri ilə tanış olublar.

Şəhidlərin adının əbədiləşdirilməsinə görə onların ailə üzvləri ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Hərbi Qənimətlər Parkı da şəhid ailələri və tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Ziyarət zamanı Ulu Öndər Heydər Əliyev, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vemiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya partiyanın yaradılmasının 33 illiyi münasibətilə iştirakçıları təbrik edib. O, çıxışında Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol barədə ətraflı danışıb. Vurğulanıb ki, xalqımıza tarixi Zəfər bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daim böyük nailiyyətlər əldə edir.

YAP Bərdə rayon təşkilatının ilk üzvlərin olan Prezident təqaüdçüsü Tərlan Musayeva, şəhid anaları Arzu Hüseynova, Radə Qurbanova, Xuraman Naibova, Vətən müharibəsində cəbhə xəttində həkim kimi fədakarlıq göstərmiş Aidə Bayramova, eləcə də rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Kəmalə Rəfibəyli partiyanın uğurlu fəaliyyətindən və əldə edilən nailiyyətlərindən danışıb. Natiqlər bu partiyanın üzvü olmaqdan qürur duyduqlarını qeyd ediblər.

Tədbirin bədii hissəsində Qarabağ Regional Mədəniyyət İdarəsi və Bərdə Şəhər Uşaq İncəsənət və Musiqi məktəblərinin müəllimləri Reyhan Rəcəbova və Məhəmməd Mustafayev çıxış ediblər.

Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.