YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir şəhərsalma nümunəsi

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

5 il əvvəl – 1990-cı il noyabrın 20-də ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu bir güllə atmadan, qan tökülmədən işğaldan azad olundu. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, 20 noyabr tarixi Ağdam Şəhəri Günü elan edilib. Bu, 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandığı qələbənin nəticəsi idi. Ağdam rayonunun işğaldan azad olunmasını tarixi hadisə adlandıran dövlət başçısı rayonun 73 faizinin 27 il işğal altında qaldığını qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub. Ali Baş Komandan bəyan edib ki, Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.

Ağdamın işğaldan sonrakı mənzərəsi acınacaqlı idi. Şəhər yerlə yeksan edilmiş və minalanmışdı, necə deyərlər, daş daş üstə qalmamışdı. Bu səbəbdən  Ağdama Qafqazın Xirosiması da deyirdilər. Təkcə Ağdam rayonunda 97 min mina basdırılıb.Ermənistan tərəfi beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adları dəyişdirib, oradakı mülkiyyəti talan edib. Bütün müsəlman abidələri dağıdılıb və təhqir olunmuşdu. Eyni zamanda məsciddən hərbi məqsədlər və ya tövlə kimi istifadə etmişdilər. Əbəs yerə Ağdama “ruhlar şəhəri” deyilmirdi. Otuz il ərzində şəhərin öldürülən ruhu, xarabaya döndərilən kəndləri insanı vahiməyə salırdı. Təbiətə tutulan divan görənləri dəhşətə gətirirdi. Lakin 2020-ci il noyabrın 20-dən Ağdama yeni can, yeni nəfəs gəldi. Bütün təhlükələrə, risklərə baxmayaraq, rayonun azad edilməsindən cəmi üç gün sonra – 2020-ci il noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində oldular. Dövlətimizin başçısının Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırması görüntülərini milyonlarla azərbaycanlı fəxr və böyük sevinclə izlədi.Ermənistan ordusunun  işğal etdikləri ərazilərdə, o cümlədən Ağdam rayonunda tötərdiyi vəhşiliklərdən söhbət açarkən dövlətimizin başçısının  söylədiyi kimi “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”.

Hazırda işğaldan azad olunmuş hər bir ərazimizdə olduğu kimi Ağdamda da bərpa-quruculuq işləri aparılmaqdadır. Ağdamın Qarabağ regionunda tutduğu coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını artırır. İndi işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün dövlətimiz bütün potensialını səfərbər edib. İrimiqyaslı infrastruktur layihələri icra olunur.Cəmi beş il ərzində Ağdamda həyata keçirilən bərpa və yenidənqurma işləri möhtəşəmdir.Ağdamda kəndlər bərpa olunur, yollar salınır, infrastruktur tikilir, on minlərlə insan öz yurduna qayıdır.27  ildən sonra işğaldan azad olunan Ağdamda dövlət bayrağımız qürurla dalğalanır. Rayon həm mədəni, həm də iqtisadi sahədə yenə öz sözünü deyəcək və xalqımıza yeni töhfələr verəcəkdir.