Xəbərlər
Nərimanov rayonunda YAP-ın 33 illiyi qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında partiyanın yaradılmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin YAP Nərimanov rayon təşkilatının inzibati binasında ucaldılmış büstü önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Yeni Azərbaycan Partiyasının 33 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. E.Quliyev 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğunu söyləyib. Təşkilat sədri bildirib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artır.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları Mübariz Qurbanlı və Hikmət Babaoğlu, millət vəkili Samir Vəliyev, YAP Təftiş Komissiyasının üzvü Musa Musayev bildiriblər ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.
Tədbir çərçivəsində şanlı Qələbənin 5 illiyi münasibətilə təşkil olunan “Zəfərin səsi - Qürur günümüz” adlı inşa yazı müsabiqəsinin qalibləri, eyni zamanda partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs fəxri fərmanla təltif edilib. Partiya sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
