YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndər Heydər Əliyevin Su və Meliorasiya Təsərrüfatının İnkişafında Misilsiz Xidmətləri və Davamlı İnkişaf”

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatında “Ulu Öndər Heydər Əliyevin Su və Meliorasiya Təsərrüfatının İnkişafında Misilsiz Xidmətləri və Davamlı İnkişaf” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi, ərazi partiya təşkilatının sədri Azər Xankişiyev və digərləri çıxış ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin meliorasiya və su təsərrüfatının inkişafı sahəsində gördüyü işlərdən danışılıb. Qeyd edilib ki, bu inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə su ehtiyatlarının idarə olunması, meliorasiya və irriqasiya sistemlərinin yenilənməsi, suyun səmərəli istifadəsi və idarəetmənin təkmilləşdirilməsi istiqamətində geniş islahatlar aparılır.

Vurğulanıb ki, torpaqlarımızın işğaldan azad edilməsi su təsərrüfatı sahəsində yeni imkanlar açıb. Azad edilmiş ərazilərdə mövcud olan zəngin su ehtiyatları və icra edilən iri layihələr sayəsində həmin bölgələrin içməli su təminatı mərhələli şəkildə həyata keçirilir. Hazırda azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” Proqramı infrastrukturun yenilənməsi, sosial həyatın bərpası, eləcə də “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi ilə bölgənin sürətli inkişafını təmin edir. Bu uğurlar Azərbaycan dövlətinin gücünün, xalqımızın iradəsinin və Prezident İlham Əliyevin qətiyyətli liderliyinin göstəricisidir.

Sonda YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri, həmçinin bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.