YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nəsimi rayon təşkilati tərəfindən partiyanın yaranmasının 23 illiyi münasibətilə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı tədbir keçirilmişdir

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilati tərəfindən  Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyi münasibətilə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı tədbir keçirilmişdir.

Əvvəlcə tədbirdə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı film kompozisiyası təqdim olundu.

Daha sonra tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü, Məlahət İbrahimqızı bildirdi ki, “Ümumxalq partiyası kimi  Yeni Azərbaycan Partiyanın  hər  il yaranmasının ildönümü yüksək səviyyədə qeyd edilir. Dahi Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar  əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası möhtərəm Prezident cənab  İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolunu keçmişdir. Bugün YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını  ifadə edən  vahid və  avanqard siyasi qüvvəyə çevrilmişdir.

Bu gün də mövcud iqtidarın monolit birliyi nəticəsində Milli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xəttlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmət və nüfuza malik Prezidentimiz İlham Əliyev cənablarıdır.”

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova qeyd etdi ki “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qətiyyəti və iradəsi ilə yaradılmış  Yeni Azərbaycan Partiyası , artıq  bu gün həm  ölkə daxilində, həm də regionda bir  lider partiyaya çevrilmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan cəmiyyətinin alternativsiz seçimi olan Prezident İlham Əliyevin üstün nüfuzuna söykənən Yeni Azərbaycan Partiyası siyasi sistemin mütəmadi inkişafına özünəməxsus töhfələr verir.Sıralarını daim kəmiyyət və keyfiyyət etibarilə genişləndirən Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyası kimi çıxış etməkdədir.”

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,  Nəsimi  Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu gündən-günə artmaqdadır. YAP-ın cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının yüz dəfələrlə artmasına səbəb olub.”

Daha sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının həyata keçirdiyi layihələrdə fəal iştirak etmiş ərazi ilk partiya təşkilatlarının sədrlərinə diplom və hədiyyələr, həmçinin Yeni Azərbaycan Partiyası sıralarına  yeni  qəbul edilmiş bir qrup üzvlərə partiya vəsiqələritəqdim edildi.

Tədbir YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin bir qrup üzvünün ifasında “Azərbaycan” mahnısı ilə  yekunlaşdı.