YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatalada şəhid ailələri ilə görüş keçirilib

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda şəhid ailələri ilə görüşlər keçirib. Onların müraciətləri əsasında 4 nəfər şəhid ailəsi müqəddəs Ümrə ziyarətinə yola salınıb.

Görüşdə millət vəkili qeyd edib ki, 8 Noyabr - Zəfər Günü ölkəmizdə böyük sevinc və fəxarət hissi ilə qeyd olunub. Vurğulanıb ki, tarixi Zəfər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şücaəti sayəsində mümkün olub. Bu ziyarət şəhidlərin ruhuna daha da yaxın olmaq, onların valideynlərinin müqəddəs torpaqlarda övladları üçün dua etməsi baxımından xüsusi mənəvi əhəmiyyət daşıyır. Ziyarətin təşkil olunması üçün bütün zəruri məsələlər – biletlər, vizalar və səfər zamanı istifadə olunacaq yaddaş kitabçaları təqdim edilib. Digər şəhid ailələrinin də iştirak etdiyi tədbirdə çay süfrəsi ətrafında səmimi söhbətlər aparılıb.

Daha sonra millət vəkili Asif Əsgərov təhsil sahəsində çalışan şəhidlərin ailə üzvləri və müharibə veteranları ilə görüşüb.

Çıxış edən millət vəkili Asif Əsgərov Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin döyüş yolundan danışıb. O, xalqımızın birliyi və Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə əldə olunmuş şanlı Qələbənin milli yaddaşımızda əbədi qalacağını bildirib.

Tədbirdə, həmçinin YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayon sektorunun müdiri Kəmalə Əhmədova və ETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov çıxış edərək şəhidlərin xatirəsinin daim ehtiramla anılmasının hər birimizin mənəvi borcu olduğunu vurğulayıblar.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv