YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ Zəfəri və Böyük Qayıdış: tarixi qalibiyyət fonunda dirçəliş salnaməsi

Rəna Mirzəzadə

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, professor

Prezident, Ali Baş Komandan İlham Əliyevin müasir, təchizatlı ordu quruculuğu strategiyası, illərlə aparılan diplomatik fəaliyyət və beynəlxalq əməkdaşlıq, eləcə də ölkədə möhkəm ictimai-siyasi sabitlik fonunda formalaşan modern inkişaf xətti nəticəsində 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız Vətən müharibəsində hərbi yolla azad edildi. 8 noyabr 2020-ci il Zəfəri və 20 sentyabr 2023-cü ildə dövlət sərhədlərinin tam bərpası ilə suverenliyimiz təmin olundu. 8 avqust 2025-ci ildə sülhün paraflanması isə bu mərhələnin məntiqi yekunu kimi tarixə düşdü. Bu möhtəşəm yol şanlı ordumuzun qəhrəmanlığı və xalq–iqtidar birliyinin şərəf salnaməsidir.

Bu mətndən Azərbaycan siyasi tarixinə qısa nəzər: XIX əsrin əvvəlindən başlayaraq bütün dünyada yurd-yuvası olmayan ermənilərin Azərbaycanın tarixi ərazisi Qarabağa köçürülərək məskunlaşması ilə torpaqlarımızın ermənilər tərəfindən “özününküləşməsi” iddiası başladı və proses iki əsr çəkdi.

XIX əsrin əvvəllərində Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrindən sonra Qarabağda məskunlaşan, tarixi Azərbaycan torpaqlarının toponimiyasını dəyişməyə çalışan, “dənizdən dənizə” xülyası ilə yaşayan erməniçilik–daşnakçılıq ideologiyası “Qarabağ tarixi Azərbaycandır” həqiqəti ilə iflasa uğradı.

27 sentyabr 2020-ci il tarixində - COVID-19 pandemiyasının ağır təsirlərinin davam etdiyi bir dövrdə başlanan Vətən müharibəsi Azərbaycan siyasi-hərbi tarixində mühüm mərhələ oldu. Bu mübarizə XIX əsrin əvvəllərindən formalaşdırılan saxta erməni–daşnak “böyük Ermənistan” və “məğlubedilməz” erməni ordusu miflərinin məhv edilməsi uğrunda aparılan ədalətli Vətən savaşı idi.

8 noyabr 2020-ci il Milli Ordunun fatehlik zirvəsi, Şuşanın işğaldan azad edilməsi ilə tarixə yazılan böyük Zəfər günüdür. Bu, Azərbaycan xalqının şərəf və ləyaqətinin, qürur və mübarizlik ruhunun təntənəsidir. 15 oktyabr 2023-cü ildə isə uzun həsrətdən sonra Xankəndidə üçrəngli bayrağımızın ucaldılması xalqımızın yenilməz iradəsinin və suverenliyin şərəfli triumfuna çevrildi.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başlanmasından etibarən dünya KİV və televiziya kanallarına müxtəlif dillərdə dolğun, tarixi faktlara əsaslanan müsahibələr verən Ali Baş Komandanın çıxışlarında strateji-hərbi uzaqgörənlik, siyasi-ideoloji qətiyyət və diplomatik-taktiki məharət öz əksini tapdı. Bu çıxışların hər biri informasiya müharibəsində də Qələbənin parlaq nümunəsinə çevrildi.

Qarabağda vəhşilik və talanın miqyası sözlə ifadə olunmayacaq qədər böyükdür. Erməni xislətinin amansızlığı və barbarlığı bütün təbiətə, insan həyatına və mədəni irsə zərbə vurub: ağaclar kəsilmiş, yandırılmış, məzarlar profanasiya olunmuş, evlər yerlə-yeksan edilmiş, tarlara ölümcül minalar səpələnmişdir. Buna baxmayaraq düşmənin işğal dövründə yox etməyə çalışdığı təbiət artıq dirçəlib, kök atıb.

Ağdamın Xirosimaya çevrilməsi, Xocalıdan donaraq qayıdanların, bətnində körpəsi doğranaraq güllələnən anaların, ağaca bağlanaraq yandırılan ailələrin faciələri insanlığın yaddaşındakı ən acı izlərdəndir. 30 il boyunca bu amansızlığa layiqincə reaksiya verməyən, susan və ikili standartlarla hərəkət edən bir çox beynəlxalq qurumun davranışını şərh etmək isə artıq mənasızdır. İşğal dövründə qurulmuş istehkamlar və beton sədlər ordumuzun əməliyyatları nəticəsində darmadağın edildi. Bu, qalib Azərbaycanın strateji-hərbi və diplomatik siyasətinin nəticəsidir.  

Qarabağdakı talanı və barbarlığı gördükdə insan təfəkkürünün belə qəddarlığı dərk etməsi nə qədər ağrılıdırsa, sözlə təsəvvür etmək də bir o qədər çətindir, lakin mina tarlaları arasından keçərək qisasımızı alan Milli Ordunun Vətən sevgisi, doğma torpaq uğrundakı cəsarəti və Azərbaycanın hərbi-sənaye qüdrətinin möhtəşəmliyi bu ağrını qürura çevirdi.

Ulu Öndər Heydər Əliyevin məntiqi ilə desək: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” uzaqgörən fikri və “Qarabağ Azərbaycandır, nöqtə!” paradiqması Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin ifadəsidir. “Şuşa, biz gəlmişik! Biz səni dirçəldəcəyik!” fikirləri ilə xalqına bu möhtəşəm Zəfəri çatdıran Ali Baş Komandanın qətiyyətli çıxışı dövlətçilik tariximizin şərəfli səhifələrindən biridir.

Həqiqətən də mahnıda deyildiyi kimi, “Həyat, sən nə qəribəsən!”. Vətən müharibəsinin ilk günlərindən erməni-daşnak işğalında olan torpaqlar azad olunduqca, Azərbaycan xalqı dirçəldi. Artıq göz yaşları sevinc, qaliblik damlası idi.

Biz azərbaycanlılar Vətənə, torpağa nə qədər bağlıyıqsa, o qədər qürurluyuq. Azad Qarabağda “Qarabağ şikəstəsi” səslənir. Qarabağda hər yerdən Azərbaycan xalqının səsi, nəfəsi gəlir, əməyi ucalır, Şuşa dirçəlir, şəhər kimi yox edilən Ağdam-Fizuli-Cəbrayıl-Zəngilan və s. abadlaşır, yalnız adı qalan kəndlər-qəsəbələr yenidən tikilir, qurulur. Bütün Azərbaycanda olduğu kimi, Qarabağda da sürəkli nəhəng iqtisadi-mədəni quruculuq işləri aparılır, infrastruktur modernləşir, Xankəndi Xan əzəməti ilə doğma sakinlərinin addımlarından dirçəlir.

Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Qarabağ iqtisadi rayonu haqqında Fərmanı məhz işğalda olan tarixi ərazilərin yenidən dirçəlişidir. Xankəndi şəhəri, Xocavənd və Xocalı rayonlarının da daxil olduğu Qarabağ iqtisadi rayonunda onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlər vahid proqramla, məqsədə müvafiq, təkmilləşdirilmiş olaraq aparılması nəzərdə tutulur.

Ağdam “ruhlar şəhərindən” Azərbaycanın Qarabağda iqtisadi-sənaye mərkəzinə çevrilir. “Dünya cənnətə dönsə, yaddan çıxmaz Qarabağ” həsrəti ilə fəryad edən Şahzadə Ağabəyim Ağanın, məqbərəsi dağıdılan, məzardan sümükləri çıxarılıb aparılan Xan qızı Xan Natəvanın ruhu sevinir, “məğlubedilməz ordusu” məğlub olan ermənilərin viran etdikləri torpaqlara yeni həyat gəlir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Şuşanı 21-ci əsrin mədəni-mənəvi məkanına çevirir. Uzaq illərə, müxtəlif istiqamətlərə istiqamətlərə yönəlik Milli Prioritetlər platforması əsasında ölkədə surətlə infrastruktur modernləşdirilir, Qarabağ yenidən cənnət məkana dönür.

Qarabağda sürətlə nəhəng quruculuq işləri aparılır. Çox istiqamətli yollar, Beynəlxalq Aeroportlar, su-elektrik qurğuları, işğaldan azad edilən, vəhşicəsinə talan olunan torpaqlarda “ağıllı kəndlər” salınır, yeni mədəniyyət, yeni infrastruktur yaradılır, Dirçəliş Böyük Qayıdış gətirilir.

Zəfərə gedən yolda amansız düşmənin həm Xocalı, həm Gəncə, Bərdə, Tərtər və s. təxribatları gerçəkliyi də unudulan deyildir və nəticədə dialoq-sülh yaratmaq da humanistliyimizdir!

Müharibə və sülh dialoqu siyasi fələsəfəsində problemlərin xarakteristikasının əsası torpaqların işğaldan azad olmasıdır. Nəzərə yetirək ki, bu məsələlərin dünyada tanıdılmasında Heydər Əliyev Fondu və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın da beynəlxalq müstəvidə ardıcıl olaraq həyata keçirdiyi humanitar-mədəni tədbirlərin böyük dəstəyi olub.

Prezident İlham Əliyev rasional, təmkinli və innovativ-modern davranışlı liderdir. Bu fenomen həm beynəlxalq münasibətləri, həm hərbi-taktiki və siyasi-ictimai prosesləri, həm də ölkənin milli təhlükəsizliyi və iqtisadi rifahını idarə edən rəhbər keyfiyyətləri əhatə edir. Zəfərdən sülhə aparan yolun uğuru isə onun siyasi fəlsəfəsinin təcəssümüdür. Ali Baş Komandan XXI əsrin peşəkar Azərbaycan Ordusunu formalaşdıraraq ən müasir silah və texnika ilə təchiz edib, müasir texniki vasitələrlə Qələbəni hədəf seçdi.

15 oktyabr 2023-cü il “böyük Ermənistan” saxta mifinin artıq tarixin siyasi arxivinə göndərilən Fatehlik Salnaməsidir. “Qoy ədalət Zəfər çalsın” – hələ keçmiş Sovet dövründə Ulu Öndər Heydər Əliyevin sanki bu günə ünvanlanan uzaqgörən siyasi-ideoloji məntiqi Prezident İlham Əliyevin “Haqq-ədalət yolumuzdur” amalında davam edir.

Azad Şuşada Azərbaycan xalqının gələcəyi olan uşaqlar yeni salınan parkda oynayır, Şuşada ağappaq pərqu kimi çörəklər bişir, Çörəkli olasan başı Şuşa taclı, ağ günlü Qarabağımız! Xankəndidə Bayrağımız dalğalanır, Qarabağ Universitetində gənc kadrlar yetişir, Xocalıda musiqimiz səslənir. Hər yerdə bir Böyük Qayıdışa gedən yolun təməli salınır.

DİGƏR Xəbərlər Arxiv