YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfər Tariximiz”

Abşeron rayonunun Qobu Park yaşayış kompleksində, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi tərəfindən Kəlbəcər rayon 17 nömrəli tam orta məktəbin akt zalında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər Tariximiz” adlı tədbir keçirilib.

Şagirdlərin əl işlərindən ibarət sərgi ilə başlayıb. Şagirdlərin hazırladığı əsərlər və kompozisiyalar Azərbaycanın müasir tarixindəki mühüm hadisələri, Vətən müharibəsində qazandığımız Zəfəri və xalqımızın milli-mənəvi dəyərlərini əks etdirib. Hər bir əsər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, şagirdlərin yaradıcılığı yüksək qiymətləndirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Vətən müharibəsi qazisi Ayaz Qasımov  və digərləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən danışıblar. Natiqlər Vətən müharibəsinin Azərbaycanın tarixində dönüş nöqtəsi olduğunu vurğulayıb və bu zəfərin yalnız hərbi sahədə deyil, dövlətimizin suverenliyi və milli birliyi baxımından da əvəzsiz əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işlərindən, həmin ərazilərdə təhsilin inkişafı istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışılıb. O, azad olunmuş ərazilərdə fəaliyyətə başlayan yeni məktəblər, müasir tədris mərkəzləri və digər sosial obyektlərin bölgənin sosial-iqtisadi inkişafına və gənc nəsillərin yüksək səviyyədə təhsil almasına böyük töhfə verdiyini bildirib.

Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlova YAP Kəlbəcər rayon təşkilatı tərəfindən Fəxri Fərman təqdim edilib.

Tədbir çərçivəsində  Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyindəki Kəlbəcər rayonunun Bakı şəhərində fəaliyyət göstərən 6 məktəbin komandaları arasında “Zəfər Tarixi” adlı bilik yarışı keçirilib. Birinci yerin qalibi Kəlbəcər rayon 17 nömrəli tam orta məktəbin “Zəfər” komandası, ikinci yerin qalibi 117 nömrəli məktəbin komandası, üçüncü yerin qalibi isə Kəlbəcər 21 nömrəli məktəbin komandası olub.

Tədbir bədii hissə ilə davam edib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Gəncə şəhərində antiterror əməliyyatında şəhid olmuş leytenant Ömər Muğan oğlu Şirinovun, Vətən müharibəsi şəhidlərindən Göygöl rayonunda yaşayan Eşqin Tağıyev və Samux rayonunda yaşayan Daşqın Hidayyət oğlu Şəfiyev, eləcə də Seymur Səlyəddin oğlu Bəylərovun məzarlarını və ailələrini ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad edib.

DİGƏR Xəbərlər Arxiv