YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şanlı Zəfər tariximiz”

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Meydandakı abidəsinin ziyarəti ilə başlayıb.

Daha sonra Mədəniyyət Mərkəzinin foyesində ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladığı rəsm və əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

Tədbir Mədəniyyət Mərkəzinin zalında davam etdirilib. Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, “Azərbaycan Bayrağı Ordenli” Elnur Salahov, qazilər İntiqam Sarıyev və Nurlan Məhərrəmli çıxış ediblər.

Çıxış edənlər hər bir azərbaycanlının qəlbində “Qarabağ Azərbaycandır!” şüarının sarsılmaz əzəli həqiqət kimi möhkəmləndiyini vurğulayıblar. Natiqlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və güclü ordunun qurulmasının 2020-ci ilin payızında haqq savaşımızın qələbə ilə nəticələnməsini təmin etdiyini qeyd ediblər.

Tədbir çərçivəsində Şanlı Zəfər gününə həsr edilmiş inşa yazı, rəsm, əl işləri müsabiqələrinin və şahmat turnirinin qaliblərinə fəxri fərmanlar, YAP sıralarına yeni qəbul edilən şəxslərə üzvlük vəsiqələri və rayonun ictimai-siyasi həyatında fərqlənən şəxslərə qiymətli hədiyyələr təqdim edilib.

Tədbir Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə başa çatıb.