YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahıda Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının və  Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Tədbirlər “Zəfər Parkı” adlanan ərazidə keçirilən ağacəkmə aksiyası ilə başlayıb. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Milli Məclisin deputatı Günay Əfəndiyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsinin əməkdaşları, eləcə də bir sıra müəssisə rəhbərləri aksiya iştirakçıları arasında olublar. Aksiya çərçivəsində 200 ədəd ağac və gül kolları əkilib, yaşıllıqlara qulluq göstərilib və abadlıq işləri aparılıb.

Aksiyadan sonra tədbir iştirakçıları “Vətən uğrunda” abidə kompleksini ziyarət ediblər. Burada şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri qoyublar.

Daha sonra “Qələbə Salnaməsi: Zəfərin beş ili” adlı rəsmi tədbir keçirilib. Tədbirdən öncə foyedə Zəfər Gününə həsr olunmuş rəsm və kitab sərgisi təqdim olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi başlayıb.

Daha sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin anası Çiçək Biləndərli çıxış edərək bildirib ki, Vətən uğrunda canından keçən bütün igidlərin xatirəsi xalqımız üçün əzizdir. O vurğulayıb ki, şəhidlərin qəhrəmanlığı sayəsində bu gün Azərbaycan qalib dövlət kimi tarix yazır. Çiçək Biləndərli şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev qeyd edib ki, milli birliyimizin əsasında İkinci Qarabağ müharibəsindən əvvəl formalaşmış xalq-iqtidar həmrəyliyi dayanırdı. Xalqın orduya mənəvi və sosial dəstəyi, Ali Baş Komandana olan sarsılmaz inam “Dəmir yumruq” konsepsiyasına çevrilərək Ermənistanın və onun havadarlarının məğlubiyyətini təmin etdi. O vurğulayıb ki, Vətən müharibəsi xalqımızın vətənpərvərlik və dövlətçilik ideallarına sədaqətinin parlaq təzahürü oldu.

“Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev bildirib ki, 8 Noyabr - Zəfər Günü xalqımızın birliyinin, ordumuzun qəhrəmanlığının və dövlət başçısının siyasi iradəsinin təntənəsidir. O qeyd edib ki, şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların fədakarlığı gənc nəsil üçün vətənpərvərlik nümunəsidir. Bəhruz Quliyev, həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqətin cəmiyyətdə böyük minnətdarlıq hissi yaratdığını vurğulayıb.

YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov qeyd edib ki, böyük Qələbə uzun illər ərzində aparılan məqsədyönlü hazırlıq proseslərinin və dövlətin hərbi, iqtisadi, siyasi potensialının gücləndirilməsinin nəticəsidir. Effektiv idarəetmə modeli, xalqın monolit dəstəyi və tarixi ədalətin bərpası Azərbaycanı qalib dövlət statusuna yüksəltdi. O bildirib ki, Vətən müharibəsi təkcə torpaqların azad olunması deyil, həm də milli yenilməzliyin və özünəinamın təntənəsi idi.

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxışında vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılmış Böyük Zəfər Azərbaycan xalqının iradəsini, dövlətimizin qüdrətini və milli birliyimizi bütün dünyaya nümayiş etdirdi. O qeyd edib ki, bu tarixi qələbə həm hərbi, həm siyasi və diplomatik müstəvidə Azərbaycanı qalib dövlət kimi təsdiqlədi. Vasif İmanov, həmçinin Prezident İlham Əliyevin 2025-ci ilin avqustunda ABŞ-a rəsmi səfəri, sülh müqaviləsinin paraflanması və beynəlxalq tribunalarda səsləndirdiyi bəyanatların Azərbaycanın diplomatik zəfərini möhkəmləndirdiyini diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin, həmçinin rayonun təhsil və mədəniyyət müəssisələrinin iştirakı ilə hazırlanan konsert proqramı təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv