YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qəhrəmanların izi ilə”

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı və Qusar Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş keçirilib.

Tədbirdən öncə partiya fəalları, şəhid anaları və qazilər xəstəxananın foyesində yerləşən şəhidlərin xatirə lövhəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş “Qəhrəmanların izi ilə” adlı tədbir Ümummilli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə Birinci Qarabağ və Vətən müharibəsinin iştirakçısı, Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İmran Qurbanov açıb. O, çıxışında öz döyüş yolundan, müharibə şəraitində həkim və tibb işçilərinin göstərdiyi fədakarlıqlardan, Vətən müharibəsi dövründə yaralı və xəstələrə göstərilən operativ tibbi xidmətdən, həmçinin dövlətin səhiyyə sisteminə göstərdiyi yüksək diqqət və təchizat dəstəyindən danışıb.

Vətən müharibəsi şəhidi Oleq Cəfərovun anası Tinatin Cəfərova, qazi Volodya Maverdiyev, eləcə də həkim və müharibə iştirakçısı Şair Bayramov, Qusar Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Natəvan Butayeva və digərləri müharibə dövründə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli sərkərdəlik məharətini və milli birliyin Zəfərimizin qazanılmasındakı mühüm rolunu vurğulayıblar.

Sonra bir qrup tibb işçisi, müharibə iştirakçısı və şəhid anasına təşəkkürnamə təqdim edilib.

Tədbirin sonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.