YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtər rayonunun Səhləbad kəndində texniki su xəttinin açılış mərasimi keçirilib

8 Noyabr - Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Tərtər rayonunun Səhləbad kəndində 500-dən artıq sakini əhatə edən texniki su xətti istifadəyə verilib.

Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, YAP İdarə Heyətinin üzvü və Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, rayon ağsaqqalları və ziyalılar iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər layihənin Zəfərin beşinci ildönümünə təsadüf etməsindən böyük qürur duyduqlarını bildiriblər. Qeyd olunub ki, Vətən müharibəsində qazanılan Qələbənin ruhuna uyğun olaraq bölgələrimizin və yaşayış məntəqələrimizin sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atılır. İstismara verilən yeni su xətti 100-dən çox ailənin təmiz və fasiləsiz su təminatı ilə bağlı problemini həll edir.

Natiqlər vurğulayıblar ki, bu layihə “Böyük Qayıdış” siyasətinin yalnız işğaldan azad edilmiş ərazilərdə deyil, bütün regionlarda həyata keçirilməsinin bariz nümunəsidir. Son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təchizatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür.

Mərasimdə çıxış edən şəhid ailələri və kənd sakinləri onların sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.