YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda şahmat turnirinin qalibləri mükafatlandırılıb

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı və Samux Rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş şahmat turnirinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan tarixində qızıl hərflərlə yazılmış möhtəşəm bir gündür. Bu tarixi Qələbə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü və xalqımızın birliyi nəticəsində əldə edilib. G.Bayramov bildirib ki, bu Zəfər dövlətimizin qüdrətini və xalqımızın milli həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.

Qeyd olunub ki, təşkil edilən şahmat turniri gənclərin milli ruhda tərbiyə olunması, Vətən müharibəsində qazanılmış Qələbənin əhəmiyyətinin təbliği və vətənpərvərlik duyğularının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda turnirin qaliblərinə fəxri fərmanlar təqdim olunub.