YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şirvan şəhər təşkilatında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhid ailələri, Birinci və İkinci Qarabağ müharibəsi veteranları, qazilər və təşkilatın əməkdaşları iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

8 Noyabr - Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov qeyd edib ki, bu möhtəşəm qələbə Azərbaycan xalqının birliyi, dövlətimizin gücü və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli iradəsi sayəsində qazanılmışdır. Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasi kurs nəticəsində Azərbaycan regionda qüdrətli və qalib dövlətə çevrilib. O, həmçinin Zəfərin əldə olunmasından sonra ölkəmizdə gedən genişmiqyaslı bərpa və quruculuq işlərindən, Qarabağ və Şərqi Zəngəzurda həyatın sürətlə bərpa edilməsindən, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb.

Tədbirdə çıxış edən şəhid valideynləri Alim Zülfüqarlı, Rəhim Hüseynov və Zümrüd Hüseynova şəhidlərin ruhuna Allahdan rəhmət diləyib, dövlətin və YAP-ın şəhid ailələrinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər. Onlar bildiriblər ki, hər bir şəhid ailəsi dövlətin himayəsindədir və bu, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə olan səmimi münasibətinin göstəricisidir.

44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin xalqımızın əzmini, birliyini və qəhrəmanlığını nümayiş etdirdiyi vurğulanıb. Qeyd olunub ki, şəhidlərimizin qanı bahasına əldə edilən bu qələbə Azərbaycan tarixinin ən şanlı səhifəsidir və hər bir vətəndaş bu qüruru yaşayır.

II Qarabağ müharibəsi qazisi Şamil Süleymanov döyüş xatirələrini paylaşaraq, Azərbaycan əsgərinin yüksək döyüş ruhu və vətən sevgisinin zəfərin əsas səbəbi olduğunu qeyd edib.

I Qarabağ müharibəsi veteranı Bayram Quliyev iki müharibə nəsillərinin birliyindən və xalqımızın ordusuna olan sarsılmaz dəstəyindən danışıb.

Tədbirin sonunda YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov partiya sıralarına yeni qoşulanlara, eyni zamanda şəhid anaları Məryam Həsənova və Fəridə Bağırovaya üzvlük vəsiqələri təqdim edilib.