YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, din xadimləri iştirak ediblər.

 Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan Mədəniyyət və İstirahət parkındakı abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar. Daha sonra Quba rayon Şəhidlər Xiyabanı ziyarət olunub və şəhidlərin ruhuna dualar oxunub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər 8 Noyabr - Zəfər Gününün Azərbaycan xalqının tarixində mühüm bir mərhələ olduğunu vurğulayıblar. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun igidliyi, xalqımızın birliyi və Vətən sevgisi nəticəsində əldə edilən Qələbə Azərbaycanın dövlətçilik tarixində əbədi yazılmış qəhrəmanlıq səhifəsidir.

Çıxışlarda 2020-ci ilin 44 günlük Vətən müharibəsinin yalnız hərbi-siyasi deyil, həm də mənəvi birlik və milli həmrəylik nümunəsi olduğu bildirilib. Qeyd olunub ki, bu Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, xalqımızın uzun illərdən bəri arzuladığı ədalət bərpa edilib.

Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini, bölgələrin sürətlə dirçəldiyini, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıblar.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Bədii hissədə şagirdlər və mədəniyyət işçiləri tərəfindən Zəfərə və qəhrəman şəhidlərimizə həsr olunmuş ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv