YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatının nümayəndələri Dövlət Bayrağı Meydanını ziyarət ediblər

Dövlət Bayrağı Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının rəhbərliyi və yerli təşkilatın fəal üzvləri Dövlət Bayrağı Meydanını və orada yerləşən Bayraq Muzeyini ziyarət ediblər.

Ziyarət zamanı qonaqlara Dövlət Bayrağı Meydanı və Bayraq Muzeyinin yaranma tarixi, məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Dövlət Bayrağı Muzeyində milli dövlətçilik tariximizi əks etdirən dəyərli eksponatlar nümayiş olunur.

Ziyarətçilər muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin və xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, XVII–XVIII əsrlərə aid bayraq ucları və gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul edilmiş konstitusiyaları, poçt markaları, pul nişanları, orden və medallar, həmçinin Azərbaycan Respublikası Prezidentinin ştandartının nümunəsi ilə tanış olublar.

Ziyarət zamanı YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək bildirib ki, Dövlət Bayrağı Azərbaycanın milli kimliyinin, suverenliyinin və azad ruhunun rəmzidir. “Biz bu gün yalnız tarixi eksponatlarla tanış olmadıq, həm də dövlətçilik ideologiyamızın keçdiyi şərəfli yola bir daha nəzər saldıq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində üçrəngli Dövlət Bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır. Bu, hər birimizin qəlbində yüksək qürur və məsuliyyət hissi yaradır. Dövlət Bayrağımızı uca tutmaq, onu qorumaq və gələcək nəsillərə sevgi ilə ötürmək bizim borcumuzdur”.

Ekspozisiyada Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsi, eləcə də Prezident İlham Əliyevin ölkəmizin inkişafı və möhkəmlənməsi istiqamətində gördüyü işləri əks etdirən foto və sənədlər xüsusi yer tutur.