MÜSAHİBƏLƏR
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında yeni hədəfləri elan etdi
- Aydın müəllim, cari ilin ötən rübünün iqtisadi göstəriciləri haqqında nə demək olar?
- 2017-ci ilin birinci rübündə də ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib.
Azərbaycan iqtisadiyatı neftdən asılı olmadan inkişaf edir. Cari ilin birinci rübündə Azərbaycan özünün sürətli inkişaf tempini saxlayıb. Ötən 3 ayda neftin qiymətinin dünya bazar qiymətlərindən hələ də aşağı olmasına baxmayaraq, iqtisadiyyatın əsas inkişaf indikatoru olan qeyri-neft sektorunda 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz artıb. Kənd təsərrüfatında 3,5 faiz artım olub. Bu tendensiya 2 il əvvəl Prezident İlham Əliyevin uzaqgörənliklə “Azərbaycan iqtisadiyatı neftdən asılı olmadan inkişaf edəcək” fikrinin tam özünü təsdiq etdiyini göstərir. Azərbaycan iqtisadiyyatının çoxşaxəli olması və neftdən kənar sahələrin artımı iqtisadi dinamikanın dayanıqlılığını təmin edib. Ən əsası isə budur ki, Azərbaycanın dövlət başçısının mükəmməl iqtisadi modeli sayəsində neftin ucuzlaşmasının ölkə iqtisadiyyatına təsirləri zəif hiss olunur.
- Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev qazanılmış uğurlar və strateji məqsədlər istiqamətində görüləcək işlərlə bağlı tövsiyələrini verdi…
- Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasət, iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin aparılması, sənaye və turizmlə bağlı proqramların geniş vüsət alması iqtisadi sabitliyə öz töhfəsini verir. Ölkədə rəqabət mühitinin təmin olunması, ixracın təşviqi və ixracın stimullaşdırılması Azərbaycanın tədiyyə balansında müsbət dinamikanın yaranmasına səbəb olub. Ölkəmizin ticarət dövriyyəsində 1 milyard dollar səviyyəsində müsbət saldo əldə olunub. Azərbaycanın ixrac potensialı güclənib, ixrac 50 faiz artıb, ixracda qeyri-neft məhsullarının çəkisi əhəmiyyətli dərəcədə yüksəlib. Bu siyasətin mühüm nəticəsi olaraq idxal 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyiyi möhkəmləndirib, maliyyə-valyuta bazarında sabitliyin güclənməsi milli valyutamızın məzənnəsinin möhkəmlənməsinə səbəb olmaqdadır.
- Aydın müəllim, Azərbaycanda valyuta ehtiyatlarının möhkəmlənməsi istiqamətində görülən tədbirlərin səmərəliliyini hiss etmək olurmu?
- Öncədən qeyd edim ki, strateji valyuta ehtiyatlarımız 1 milyard dollar çoxalıb.
Maliyyə sabitliyinin güclənməsi, səmərəli valyuta siyasətinin həyata keçirilməsi nəticəsində valyuta bazarının sabitləşməsi və manatın öz dəyərini möhkəmləndirməsidir. Əvvəlki ildə ölkəmizin valyuta ehtiyatlarının azalması baş verirdisə artıq bu istiqamətdə əks proses getməkdədir və strateji valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində yüksəlib. Hazırda valyuta ehtiyatlarımız 38,5 milyard dollar təşkil edir. Bu, çox mühüm haldır və 2015-ci ildən sonra stratreji maliyyə rezervlərinin azalmasının tam dayandırılması və valyuta ehtiyatlarının artımının təmin olunmasıdır. Bu tendensiaya ölkəmizin güclü iqtisadi təhlükəsizlik yastığının olmasını göstərir və qlobal böhran şəraitində ən sabit və dayanıqlı maliyyə siyasəti yürütdüyünü təsdiqləyir. Mövcud situasiya manatın tədiyyə aləti kimi möhkəmlənməsinə, idxal və ixracatçıəlar üçün əlverişli biznesin təşkilinə, daxili bazarda qiymətlərin sabitləşməsinə güclü zəmin yaradır.
- Regionların sosial-iqtisadi inkişafı və yeni iş yerlərinin açılması ilə bağlı nə demək olar?
- “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası ölkə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin güclənməsinə, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, ümumilikdə bölgələrin hərtərəfli inkişafı sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub. İqtisadi inkişafının dayanaqlığının təmin olunması, tarazlı və hərtərəfli inkişafını təmin edən strateji proqramlar öz uğurlu nəticələrini göstərməkdədir. 2017-ci ilin ilk 3 ayında hərtərəfli regional inkişaf təmin edilib, 85 min yeni iş yeri yaradılıb. Sosial infrastruktur yeniləşir, bu amillər Azərbaycanın iqtisadiyyatın tarazlı inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına öz mühüm töhfəsini verməkdədir. Təkcə elə regionlarda 30 min yeni iş yeri yaradılıb.
- Aydın müəllim, Nazirlər Kabinetinin sonuncu iclasında dövlət başçımız yeni hədəfləri elan etdi…
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının proqram xarakterli çıxışında iqtisadi dinamikanı artırmaq üçün vacib olan bir sıra məsələlər də qarşıya qoyuldu. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, süni qiymət artımına yol verilməməsi üçün ciddi addımların atılması, investisiya proqramının tam şəkildə icra edilməsi basilica istiqamətlər kimi müəyyənləşdirildi. Bundan başqa, turizm, kənd təsərrüfatı və sənayenin inkişaf etdirilməsi, biznesə dövlət dəstəyi və sahibkara güzəştli şərtlərlə kreditlərin verilməsi siyasətinin yürüdülməsi iqtisadi prioritetlər kimi müəyyən olunub. Dövlət başçısı xarici sərmayənin cəlb edilməsi ilə bağlı daha da fəal iş aparılmalı olduğunu, burada dövlət orqanları ilə yanaşı, yerli icra orqanlarının da çalışmasının zəruriliyi barədə müvafiq tapşırıqlar verib. Bəli, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında yeni hədəflər müəyyən etdi və bu hədəflərə çatmaq üçün qarşıda duran vəzifələr barədə konkret tapşırıqlar verdi.